Yuxarı

20 Yanvar və Xocalı faciələrinin ildönümü münasibətilə film nümayişi olacaq

Filmlərin ilk nümayişini Bakı Ali Neft Məktəbinin tələbələri izləyəcək

Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində 20 Yanvar və Xocalı faciələrinin ildönümlərində "Salnamə" və "Yaddaş" sənədli filmlər studiyaları tərəfindən istehsal olunmuş hərbi vətənpərvərlik mövzusunda filmlərin nümayişi həyata keçirilir.

"Report" xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, yanvarın 15-dən 20-dək Azərbaycanın Milli Qəhrəmanları Gültəkin Əsgərova və Qorxmaz Eyvazov, Nizami Məmmədov, Mübariz İbrahimova həsr edilən "Gültəkin" və "Adına yaraşan oğul", "Ömrümün şah zirvəsi", "Mübarizlik zirvəsi" filmlərinin nümayişi olacaq.

Yanvarın 19-da saat 10:00-da, 11:00-da və 12:00-da isə "Vətən" kinoteatrının təçkilatçılığı ilə 1 nömrəli orta ümumtəhsil məktəbində məktəbin şagirdləri üçün Azərbaycanın Milli Qəhrəmanları Fazil Mehdiyev, Asif Məhərrəmov və Şirin Mirzəyevə həsr olunan "El təəssübü vətən məhəbbəti", "Haqqa söykənən həyat və "Şirin Mirzəyev" sənədli filmləri nümayiş etdiriləcək. 

Filmlərin ilk nümayişini Bakı Ali Neft Məktəbinin tələbələri izləyəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi