Yuxarı

“Yahoo” “WhatsApp”a rəqib olmağa hazırlaşır

“Yahoo” yeni tətbiqində istifadəçilərin yazılı mesajlaşması ilə yanaşı, video və səsli məzmun paylaşımlarına da icazə verəcək

Bakı. 13 may. REPORT.AZ/ Mesajlaşma tətbiqini inkişaf etdirmək üçün işlərə başlayan "Yahoo" 800 milyondan çox istifadəçiyə sahib “WhatsApp”a alternativ olacaq.

“Report” “Bussines insider”ə istinadən xəbər verir ki, iddialı layihələr həyata keçirən “Yahoo” bu işdə “WhatsApp”a güclü rəqib olmağı planlaşdırır. “Yahoo”nun bu tətbiqində istifadəçilərin yazılı mesajlaşması ilə yanaşı, video və səsli məzmun paylaşımlarına da icazə veriləcək.

Bununla yanaşı, şirkətin əsl məqsədinin “Meerkat” və “Periscope”dakı canlı yayın xüsusiyyəti kimi bir proqram ərsəyə gətirmək istədiyi bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi