Bakı. 13 may. REPORT.AZ/ Mesajlaşma tətbiqini inkişaf etdirmək üçün işlərə başlayan "Yahoo" 800 milyondan çox istifadəçiyə sahib “WhatsApp”a alternativ olacaq.
“Report” “Bussines insider”ə istinadən xəbər verir ki, iddialı layihələr həyata keçirən “Yahoo” bu işdə “WhatsApp”a güclü rəqib olmağı planlaşdırır. “Yahoo”nun bu tətbiqində istifadəçilərin yazılı mesajlaşması ilə yanaşı, video və səsli məzmun paylaşımlarına da icazə veriləcək.
Bununla yanaşı, şirkətin əsl məqsədinin “Meerkat” və “Periscope”dakı canlı yayın xüsusiyyəti kimi bir proqram ərsəyə gətirmək istədiyi bildirilib.