Yuxarı
    Bağlamaq

    Tbilisidə ÜGT-nin informasiya texnologiyaları üzrə konfransı keçirilir

    Azərbaycanı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir© Report.az

    Tbilisi. 7 iyun. REPORT.AZ/ Tbilisi şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) informasiya texnologiyaları üzrə beynəlxalq konfransı öz işinə başlayıb.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, üç gün davam edəcək konfrans çərçivəsində sərgisi açılıb.

    Konfrans-sərgidə Azərbaycanı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

    Gürcüstanın baş nazirinin müavini, maliyyə naziri Dmitri Kumsişvili tədbiri açaraq ölkəsində gömrük sisteminin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlıq barədə məlumat verib.

    Gürcüstan Gəlirlər Xidmətinin rəhbəri, maliyyə nazirinin birinci müavini Giorgi Tabuaşvili isə dövlət gəlirlərinin əldə olunmasında gömrük xidmətinin rolundan bəhs edib. Gürcüstanın və Azərbaycanın gömrük xidmətləri arasında gömrük prosedurlarının sadələşdirilməsi üzrə həyata keçirilən innovasiya layihələrinin, o cümlədən iki gömrük orqanı arasında ilkin məlumat mübadiləsinin təşkili layihəsinin son dərəcə əhəmiyyətini qeyd edib. Eyni zamanda, məruzəçi GUAM çərçivəsində nəqliyyat və ticarətə yardım layihəsi çərçivəsində həyata keçirilən layihələr haqqında məlumatları konfrans iştirakçılarının diqqətinə çatdırıb.

    ÜGT-nin baş katibi Kunio Mikuriya və Koreya Gömrük Xidmətinin nümayəndəsi Jong-Vuo Lee tədbirdə çıxış edib, dünya gömrük sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıblar.

    Məruzəçilər ÜGT-nin İT Konfransının keçirilməsinin əhəmiyyətini və bu gün gömrük xidmətində informasiya texnologiyalarının rolunu xüsusi qeyd ediblər.

    Konfransda 40 ölkədən 300-dək nümayəndə heyəti iştirak edir.

    Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyəti rəhbərinin ÜGT-nin baş katibi, Qazaxıstan Gəlirlər Xidmətinin rəhbərliyi və Beynəlxalq Avtomobil Daşımaları Təşkilatının (İRU) sədri ilə ikitərəfli görüşləri nəzərdə tutulub.

    Konfrans işini davam etdirir.

    DGK sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib ki, bugünkü tədbirin əsas məqsədi sərhəd xidmətində qabaqlayıcı tədbirlərin tətbiqi, elektron məlumat mübadiləsinin həyata keçirilməsi qaydalarının təkmilləşdirilməsidir.

    Onun sözlərinə görə, Azərbaycanda gömrük xidmətinin təkmilləşdirilməsi, informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirilir. Bu da beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi