Yuxarı
    Bağlamaq

    "​Smart Start" proqramına seçilən gənclər "Bakcell"də təcrübəyə başlayıblar

    Proqramda təcrübə müddəti 2 ay olmaqla, həftədə 5 tam iş günüdür

    Bakı. 13 iyul. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkətinin təşkil etdiyi “Smart Start” proqramı çərçivəsində seçim prosesindən uğurla keçən gənclər şirkətdə təcrübə keçməyə başlayıblar.

    Şirkətdən “Report”a verilən məlumata görə, tələbə və məzunlar üçün nəzərdə tutulan 2 aylıq proqramın məqsədi karyerasında ilk addımlarını atmağa başlayan 18-25 yaş arası gəncləri iş mühiti ilə tanış etmək, praktiki biliklər təqdim etmək və işə hazırlıq bacarıqlarını inkişaf etdirməkdir.

    “Smart Start” proqramına 1 200 nəfərdən çox müraciət daxil olub və seçim prosesindən 32 nəfər müvəfəqiyyətlə keçərək təcrübə proqramında iştirak hüququ qazanıb.

    İştirakçılar insan resursları, informasiya texnologiyaları, hüquq, texniki, mühasibatlıq, marketinq, müştəri xidmətləri, təchizat və logistika, tənzimləmə və dövlət qurumları ilə iş, korporativ satış, biznes texnologiyaları, pərakənda satış və distribusiya şöbələrində təcrübə keçməyə başlayıblar.

    Qeyd edək ki, 2014-cü ildə keçirilən “Smart Start” proqramında iştirak edən 22 nəfər gəncdən proqramı uğurla başa vuran 6 nəfər "Bakcell" tərəfindən daimi iş yeri ilə təmin olunub.

    Proqramda təcrübə müddəti iki ay olmaqla, həftədə 5 tam iş günüdür. Proqram iştirakçıları nəqliyyat və qida xərclərini qarşılamaq məqsədilə 2 ay müddətində “Bakcell”dən təqaüd alırlar. Proqramın sonunda gənclər proqramda iştirak haqqında sənədlə təmin olunurlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi