​Səyahətçilərin 44%-i ödənişsiz internetə qoşularaq rəqəmsal məxfi məlumatlarını risk altına alır

​Səyahətçilərin 44%-i ödənişsiz internetə qoşularaq rəqəmsal məxfi məlumatlarını risk altına alır Xaricdə olarkən onların 18%-i kibercinayətkarlardan zərər çəkir
İKT
5 İyul , 2016 17:45
​Səyahətçilərin 44%-i ödənişsiz internetə qoşularaq rəqəmsal məxfi məlumatlarını risk altına alır

Bakı. 5 iyul. REPORT.AZ/ “Kaspersky Lab” şirkəti istifadəçilərin xaricdə şəbəkədə davranışını araşdırmaq məqsədilə onların xarici səfərlər zamanı hansı təhlükələrə məruz qaldıqlarına dair tədqiqat aparıb. Ümumilikdə, sorğuda dünyadan 11 850 insan iştirak edib.

Şirkətdən "Report"a daxil olan məlumata görə, xarici ölkəyə çatan kimi sorğu iştirakçılarının 44%-i şəbəkəyə daxil olur. Məsələn, onların 69%-i yaxınlarına sağ-salamat çatdıqları barədə dərhal məlumat vermək, 39%-i xəritə və hotelin sifarişi kimi səyahət üçün lazımlı məlumata çıxış əldə etmək, 34%-i isə sosial şəbəkələrə daxil olmaq istəyir. Sorğu iştirakçılarının 38%-i işgüzar səbəblərdən şəbəkəyə daxil olur, çünki həmkar və rəhbərləri onlarla əlaqə qurmalıdır. Respondentlərin 34%-i isə sadəcə vərdiş olaraq şəbəkəyə daxil olur.

Ödənişsiz Wi-Fi ilə şəbəkəyə qoşulmaq hər zaman təhlükəsiz deyil, çünki məxfi məlumatlar zəif müdafiəyə malik kanal ilə ötürüldüyündən cinayətkarlar tərəfindən ələ keçirilə bilər. “Kaspersky Lab”ın statistikasına əsasən, turistlər arasında Tailand və Fransa kimi xeyli populyar ölkələrdə ictimai şəbəkələrdən istifadə etmək olduqca təhlükədir. Belə ki, bu ölkələrdə internetin təhlükə səviyyəsi müvafiq olaraq 43% və 40% təşkil edir. Buna baxmayaraq, sorğu iştirakçılarının 82%-i səyahət zamanı ödənişsiz Wi-Fi-dan istifadə etməyə üstünlük verir. Həmçinin, respondentlərin 50%-i kamera və ya naviqator kimi qadjetlərdən aktiv şəkildə istifadə edərək unudur ki, cihazlarda xeyli şəxsi məlumatlar saxlanılır.

Nəticədə, səyahətçilərin ehtiyatsızlığı kədərli nəticələrə gətirib çıxarır. Belə ki, xaricdə olduqları zaman istifadəçilərin 18%-i kibercinayətkarlardan zərər çəkir, ənənəvi cinayətlərin qurbanlarının sayı isə cəmi 6% təşkil edir.

Son xəbərlər

Orphus sistemi