“Onlayn imzalayıcı” proqram təminatının təhlükəsizlik sertifikatı yenilənib.
Bu barədə “Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Bildirilir ki, bununla əlaqədar olaraq elektron imza istifadəçiləri cari il aprelin 20-dək yeni “Onlayn imzalayıcı” yükləyərək quraşdırmalıdır.
Yeni proqram təminatı yazılmadan öncə köhnəsinin silinməsi tələb olunur.
Proqram təminatının silinməsi və yenisinin yüklənməsi qaydaları “
İstifadəçilər adıçəkilən portala buradan (
Hər hansı texniki problem yarandıqda müvafiq təlimata (
Qeyd edək ki, yeni proqram təminatı quraşdırılmadığı halda elektron imza ilə onlayn imzalama mümkün olmayacaq.
Xatırladaq ki, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən təqdim edilən e-imza sertifikatının etibarlılıq müddəti 3 il təşkil edir.