Aprelin 9-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və SUP.VC-nin təşkilatçılığı ilə virtual hakaton işə başlayacaq.
"Report"un məlumatına görə, dörd gün davam edəcək forumda məqsəd koronavirus pandemiyası ilə mübarizədə texnoloji həlləri bir araya gətirməkdən ibarətdir.
Azərbaycan Turizm Bürosu və PAŞA Bank koronavirus pandemiyası ilə mübarizəyə yönəldilən virtual hakatona qoşulan və dəstək verən ilk əsas tərəfdaşlardandır. Dünyada koronavirus pandemiyasının yayılması hər bir təşkilatı və qurumu bu virusla mübarizə yollarını axtarmasına, həmçinin texnoloji həlləri yaratmasına keçidi tezləşdirir.
Turizm sənayesi iqtisadiyyatın koronakrizisdən ən çox ziyan çəkmiş sahələrindən biridir və hazırda həm yerli, həm də dünya turizm sənayesində yeni innovativ, o cümlədən rəqəmsal həllərin meydana gəlməsi olduqca vacibdir. Ümümiyyətlə, koronavirusun təsirini maksimum dərəcədə azaltmaq üçün rəqəmsal keçidin sürətini artırmaq, ölkədə rəqəmsal və distant tətbiqlərin inkişaf etdirilməsi olduqca zəruridir.
Hakatonda iştirak etmək istəyənlər