Bakı. 13 iyun. REPORT.AZ/ "KaTV1"in internet xidmətlərinə qoşulmaq istəyən abunəçilər sadəcə bu il sentyabrın abunə haqqını öncədən ödəməklə bütün yayı internetdən pulsuz istifadə edə bilərlər.
Bu, “AG Telecom” (“KaTV1” ticarət nişanı) kabel televiziyası şirkətindən "Report"a daxil olan məlumatda bildirilib.
Məlumata görə, kampaniya iyulun 31-dək qüvvədədir.
Qeyd edək ki, bu yay "KaTV1"nin bütün internet istifadəçilərinə (istifadə etdiyi paketdən asılı olmayaraq) 100 Mbit/s-lik internet veriləcək.
Bundan əlavə, "KaTV1" kompüter, noutbuk və televizorların diaqnostika və konsultasiyası üçün mütəxəssisin güzəştli çağırılması xidmətini də təklif edir. "KaTV1" abunəçiləri üçün bu xidmətin dəyəri 5 AZN təşkil edir. Bunun üçün (012) 127 nömrəsinə zəng etmək lazımdır.