Yuxarı

​İngiltərə sosial mediada mübarizə aparmaq üçün yeni qüvvə yaradır

Əsgərlər mobil telefonları vasitəsilə bütün sosial şəbəkələri izləyə biləcəklər

Bakı. 2 fevral. REPORT.AZ/ İngiltərə ordusu sosial media mütəxəssislərindən ibarət qüvvə yaradır. "Report"un "The Independent" qəzetinə istinadən verdiyi məlumata görə, yeni yaradılan İnternet ordusu "77-ci briqada" adlanacaq. 

Məlumata görə, ordunun məqsədi "ölümcül olmayan döyüş"də proseslərə psixoloji təsir etməkdən ibarət olacaq. Rəsmi açıqlamada əsgərlərin sayının 1500 nəfərdən ibarət olacağı deyilir.

Apreldən fəaliyyətə başlayacaq onlayn ordunun əsgərlərinin mobil telefonları vasitəsilə "facebook" başda olmaqla bütün sosial şəbəkələri izləməsi mümkün olacaq.

Yeni yaradılacaq ordunun komandanı isə İngiltərə ordusunun generalı Sir Nik Karter (Sir Nick Carter) olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi