Bakı. 2 fevral. REPORT.AZ/ İngiltərə ordusu sosial media mütəxəssislərindən ibarət qüvvə yaradır. "Report"un "The Independent" qəzetinə istinadən verdiyi məlumata görə, yeni yaradılan İnternet ordusu "77-ci briqada" adlanacaq.
Məlumata görə, ordunun məqsədi "ölümcül olmayan döyüş"də proseslərə psixoloji təsir etməkdən ibarət olacaq. Rəsmi açıqlamada əsgərlərin sayının 1500 nəfərdən ibarət olacağı deyilir.
Apreldən fəaliyyətə başlayacaq onlayn ordunun əsgərlərinin mobil telefonları vasitəsilə "facebook" başda olmaqla bütün sosial şəbəkələri izləməsi mümkün olacaq.
Yeni yaradılacaq ordunun komandanı isə İngiltərə ordusunun generalı Sir Nik Karter (Sir Nick Carter) olacaq.