Bakıda 5-ci “Barama Hackathon” yarışması keçiriləcək

Bakıda 5-ci “Barama Hackathon” yarışması keçiriləcək Bakı. 18 aprel. REPORT.AZ/ “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi “PAŞA Bank” ASC-nin dəstəyi ilə gənc proqramçılar üçün təşkil etdiyi təlim və yarış xarakterli “Barama Hackathon 2018” layihəsinə start verib.
İKT
18 Aprel , 2018 17:22
Bakıda 5-ci “Barama Hackathon” yarışması keçiriləcək

Bakı. 18 aprel. REPORT.AZ/ “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi “PAŞA Bank” ASC-nin dəstəyi ilə gənc proqramçılar üçün təşkil etdiyi təlim və yarış xarakterli “Barama Hackathon 2018” layihəsinə start verib.

Bu barədə “Report”a Şirkətdən məlumat verilib.

Bütün dünyada “Hackhathon”lar, adətən, “Google”, “Netflix”, “Facebook”, “HP” və “Microsoft” kimi nəhəng şirkətlər tərəfindən həyata keçirilir. Burada proqramçılar komanda şəklində müəyyən bir mövzu ilə bağlı məhdud zaman çərçivəsində rəqəmsal resurslar hazırlayır. Developerlərə təqdim olunan bu dəfəki mövzu - “Azercell” müştərilərinə, onların cihazlarının təmir statusu barədə SMS və platform-daxili bildirişlərlə xəbər verən müstəqil platformanın yaradılmasıdır. 15 komandanın mübarizə aparacağı yarışa 5 May saat 09:00-da start veriləcək. 36 saat davam edəcək yarış 6 May saat 21:00-də dayandırılacaq. Bu müddət ərzində hazırlanan mobil tətbiqlər 10 may tarixində münsiflər heyətinə təqdim olunacaq. I yerin qalibi rəqəmsal məhsulun hazırlanmasına və “Azercell”də tətbiqinə görə şirkətlə 5 min manat dəyərində müqavilə imzalamaq şansını qazanacaq. II və III yerin qalibləri isə “PAŞA Bank” və Barama tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.

Müsabiqədə iştirak etmək istəyən proqramçılar mayın 2-i tarixinə qədər hackathon.barama.az saytına daxil olaraq qeydiyyat formasını doldurmalıdırlar.

Layihə çərçivəsində komandaların qida təlabatı Özsut restoranlar şəbəkəsi, tədbirin Media dəstəyi isə technote.az portalı və Barama Media tərəfindən təmin ediləcək.

Son xəbərlər

Orphus sistemi