"Bakcell" şirkəti sərgidə "ağıllı avtomobil" təqdim edib

"Bakcell" şirkəti sərgidə "ağıllı avtomobil" təqdim edib Stendin ziyarətçiləri “Ulduzum” proqramı vasitəsilə taksi xidməti üçün 20% endirim qazanıb
İKT
3 Dekabr , 2015 18:28
Bakcell şirkəti sərgidə ağıllı avtomobil təqdim edib

Bakı. 3 dekabr. REPORT.AZ/ “Bakcell” şirkəti 189 Taksi xidməti ilə birlikdə “Green Car Azerbaijan” MMC tərəfindən təqdim olunan “ağıllı avtomobil”i nümayiş etdirib.

Şirkətdən “Report”a bildirilib ki, “Bakcell” 189 Taksi xidməti ilə birlikdə “Green Car Azerbaijan” MMC tərəfindən təqdim olunan “ağıllı avtomobil”inin “Bakutel-2015” sərgisində öz Wi-Fi internet xidmətinin funksional imkanlarını nümayiş etdirib. Stendin ziyarətçilərinə avtomobil texnologiyası ilə mobil operatorun necə birlikdə çalışması nümayiş etdirilib.

Qeyd edək ki, “Bakcell”in ən böyük korporativ müştərilərindən biri 189 Taksi xidməti “Ulduzum” sadiqlik porqramının əsas partnyorudur. Bu taksilərdən istifadə edən sərnişinlər pulsuz olaraq şirkətin yüksək sürətli Wi-Fi xidmətindən yararlana bilirlər.

“Bakutel” sərgisi zamanı Bakı Ekspo Mərkəzindən istənilən nöqtəyə taksi sifariş edən abunəçilər “Ulduzum” kodu vasitəsilə 20% endirim əldə ediblər. Eyni zamanda, “Ulduzum” guşəsinin ziyarətçiləri monitorda 2D formatında “Rəqəmsal Caynaqlı Kran” (Digital Claw Crane) oyununda proqramın tərəfdaşları tərəfindən təqdim olunan hədiyyələr əldə ediblər.

Son xəbərlər

Orphus sistemi