Yuxarı
    Bağlamaq

    “Bakcell” müştərilərinə müraciət edib

    Şirkət abunəçilərinə oktyabrın 10-na qədər xətti bağlı olan nömrələrini aktiv etdirməyi məsləhət görür

    Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti müştərilərinə müraciət edib.

    “Report”un məlumatına görə, şirkət abunəçilərinə oktyabrın 10-na qədər “Bakcell Müştəri Xidmət” mərkəzlərinə müraciət edib xətti bağlı olan nömrələrini aktiv etdirməyi məsləhət görür.

    Abunəçilər qeyd edilən tarixə qədər xətti bağlı olan nömrələrini aktivləşdirmədiyi halda “Bakcell” MMC müvafiq nömrəyə dair müştəri ilə bağlanılan abunə müqaviləsini ləğv etmək və həmin nömrəni digər abunəçinin istifadəsinə vermək hüququndan yararlanacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi