Yuxarı

​“Bakcell”in baş texniki direktoru “İlin texniki direktoru” mükafatçıları arasındadır

Mükafat qalibinin adı dekabrın 1-də Londonda məlum olacaq

Bakı. 27 noyabr. REPORT.AZ/ “Bakcell” şirkətinin baş texniki direktoru Yiğit Berktaş “World Communication Awards” (Ümumdünya Kommunikasiya Mükafatı) adlı mükafatda “İlin texniki direktoru” kateqoriyası üzrə 7 finalçı arasındadır.

“Bakcell”dən “Report”a verilən məlumata görə, “Total Telecom” təşkilatı tərəfindən təşkil olunan “World Communication Awards” dünya telekommunikasiya sahəsində təşkil olunan ən nüfuzlu mükafatlardan biridir. Telekommunikasiya sahəsinin təntənəli tədbirlərindən olan təqdimetmə mərasimində şirkətlər tərəfindən müvafiq sahədə innovasiyaların tətbiqi, əldə edilən nailiyyətlər və yüksək fəaliyyət nəticələri qiymətləndirilir və dünyaya tanıdılır.

Mükafat qalibinin adı dekabrın 1-də Londonda yerləşən Uembli stadionunda keçiriləcək. Telekommunikasiya sənayesində çalışan 5 mindən artıq rəhbər işçinin iştirak etdiyi təntənəli şam yeməyində qalibin adı məlum olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi