“Bakcell” Gəncədə 4G xidmətini təqdim edib

“Bakcell” Gəncədə 4G xidmətini təqdim edib Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti “4G/LTE” xidmətini Gəncə şəhərində istifadəyə verib. “Report” xəbər verir ki, mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən “4G Sür@” xidməti yerləşdikləri məkanda genişzolaqlı internetə yüksək sürətli çıxış imkanına malik olmaq istəyən istifadəçilər üçün nəzərdə tutulub.
İKT
16 Noyabr , 2017 11:29
“Bakcell” Gəncədə 4G xidmətini təqdim edib

Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti “4G/LTE” xidmətini Gəncə şəhərində istifadəyə verib. “Report” xəbər verir ki, mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən “4G Sür@” xidməti yerləşdikləri məkanda genişzolaqlı internetə yüksək sürətli çıxış imkanına malik olmaq istəyən istifadəçilər üçün nəzərdə tutulub.

“Biz Gəncə şəhərində yaşayan “Bakcell” abunəçilərinə yüksək keyfiyyətli “4G/LTE” xidmətlərini təqdim etməkdən qürur hissi duyuruq. Artıq Bakı və Abşeron yarımadasının abunəçilərimizlə yanaşı, bizim Gəncədəki abunəçilərimiz də “Bakcell” şirkətinin təqdim etdiyi yüksək keyfiyyətli və sürətli mobil internetdən yararlana biləcəklər. Azərbaycan bazarında 4G xidmətlərinə olan tələbat və 4G texnologiyasını dəstəkləyən cihazların sayı əhəmiyyətli dərəcədə artmaqdadır və biz hesab edirik ki, LTE xidmətlərini ölkənin bölgələrində istifadəyə vermək vaxtıdır”, - deyə “Bakcell” şirkətinin baş icraçi direktoru Nikolai Bekers bildirib.

“Bakcell” şirkəti tərəfindən təqdim olunan və 225 Mbit/s çatan sürəti dəstəkləyən “4G/LTE” texnologiyası vasitəsilə abunəçilər öz mobil qurğularında multimedia xidmətlərindən, mobil televiziyadan, videokonfranslardan, monitorinq sistemlərindən, müxtəlif onlayn oyunlardan daha rahat istifadə etmək imkanına malik olurlar.

Hazırda “Bakcell” həm smartfon, həm də noutbuk və kompüter istifadəçiləri üçün nəzərdə tutulmuş müxtəlif 4G tarif paketlərini təklif edir. “Bakcell”in Gəncədəki abunəçiləri təklif olunan müxtəlif variantlar arasından seçim edə bilərlər ki, bunlardan da biri aylıq cəmi 10 manata təklif olunan 5 GB-lıq 4G internet paketidir.

"Bakcell"in 4G kommersiya təklifləri barədə daha ətraflı məlumatı https://suret.bakcell.com/en/offers/3g/smartfonlar_ucun səhifəsindən əldə etmək olar.

Bu gündən etibarən Gəncə şəhərində yaşayan “Bakcell” abunəçiləri şirkətin Müştəri Xidməti Mərkəzində 3G SIM-kartlarını pulsuz olaraq 4G SIM-kartlarına dəyişə bilərlər.

Bir müddət əvvəl “Bakcell” mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Azərbaycanda “Best in Test” (sınaq nəticələrinə görə ən yaxşı) adına layiq görülüb.

Xatırladaq ki, 6 500-dən artıq baza stansiyası sayəsində "Bakcell" şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

Son xəbərlər

Orphus sistemi