Yuxarı
    Bağlamaq

    "Bakcell" abunəçiləri üçün yeni kampaniyaya start verib

    Şirkət Klass tarifinə daxil olan data həcmini ikiqat artırıb

    Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti "Klass" tarifləri ailəsinin abunəçilərinə eyni qiymətə ikiqat həcmdə internet trafiki təklif edən yeni kampaniyaya start verib.

    Şirkətdən "Report"a verilən xəbərə görə, bu kampaniya abunəçilərə "Klass" tarifinə daxil olan data həcmini ikiqat artırmaqla ən sürətli 4G internet xidmətindən faydalanmaq imkanı verir. Kampaniyanın əsas məqsədi daha yüksək müştəri təcrübəsi və məmnuniyyətinə nail olmaqdır.

    Sözügedən təklifdən faydalanmaq üçün abunəçilər sadəcə LTE şəbəkəsini dəstəkləyən cihaza və "4G Sim" kartına malik olmalı, "Bakcell" LTE şəbəkəsinə qoşulmalıdırlar.

    Bu kampaniya çərçivəsində, hazırda 3G şəbəkəsindən istifadə edən "Klass" abunəçiləri sadəcə "Bakcell"in istənilən Müştəri Xidmətlərinə yaxınlaşıb, istifadə etdikləri "3G Sim" kartlarını pulsuz olaraq "4G Sim" kartlarına dəyişə də bilərlər. LTE şəbəkəsini dəstəkləyən cihaza və "4G Sim" kartına artıq malik olan abunəçilər ikiqat həcmdə internet trafikini aylıq ödənişlərini həyata keçirdikləri gün avtomatik olaraq alacaqlar. Kampaniya çərçivəsində verilən internet trafiki yalnız 4G şəbəkəsində, standart "Klass" tarifi paketinə daxil olan internet trafiki isə "Bakcell"in istənilən şəbəkəsində istifadə edilə bilər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi