"Bakcell" 5G şəbəkəsinin testinə başlayıb

"Bakcell" 5G şəbəkəsinin testinə başlayıb Ümumilikdə dünya üzrə 2020-ci ildən sonra bu texnologiyaya keçiləcək
İKT
6 Dekabr , 2017 12:19
Bakcell 5G şəbəkəsinin testinə başlayıb
Report

Bakı. 6 dekabr. REPORT.AZ/ Dünən işə başlayan "Bakutel-2017" beynəlxalq sərgisində "Bakcell" şirkəti daha bir yeniliyə imza atıb. 

"Report" xəbər verir ki, şirkət 5G şəbəkəsinin test nümayişini həyata keçirib.

Məlumata görə, sınaqlar "Nokia" şirkəti ilə birgə həyata keçirilib. 

"Bakcell" şirkətinin mobil şəbəkə operatorlaı ilə əlaqələrin idarə edilməsi üzrə şöbəsinin rəhbəri Samir Məhəmmədov deyib ki, 5G istifadəçilərə 10 Gbit/saniyə sürəti ilə ötürmə imkanı yaradacaq: "Hazırda dünyanın 100-dən artıq ölkəsində belə sınaqlar aparılır. Ümumilikdə isə, dünya üzrə 2020-ci ildən sonra bu texnologiyaya keçiləcək".

Qeyd edək ki, "Bakcell"in daha əvvəl sınaqlara başladığı 4,5G şəbəkəsi 1 GBit/saniyə sürətə malikdir.

Son xəbərlər

Orphus sistemi