“Azərmarka” uşaqların çəkdiyi rəsmlərdən poçt açıqcası hazırlayıb - VİDEO

“Azərmarka” uşaqların çəkdiyi rəsmlərdən poçt açıqcası hazırlayıb - VİDEO Bakı. 22 iyun. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərmarka” MMC-nin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr etdiyi rəsm müsabiqəsi başa çatıb.
İKT
22 İyun , 2018 17:12
“Azərmarka” uşaqların çəkdiyi rəsmlərdən poçt açıqcası hazırlayıb - VİDEO
0 : 00
0 : 00

Bakı. 22 iyun. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərmarka” MMC-nin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr etdiyi rəsm müsabiqəsi başa çatıb.

"Report" xəbər verir ki, “Yaşa, Azərbaycanım!” şüarı ilə müsabiqənin keçirilməsində başlıca məqsəd uşaqlarda vətənpərvərlik və vətənə məhəbbət, milli tariximizə bağlılıq hissinin aşılanması, milli adət-ənənələrin təbliği və onların yaradıcılıq potensialını üzə çıxarmaqdan ibarətdir.

Müsabiqəyə 5-14 yaşlı uşaqların təqdim etdiyi 200-ə qədər rəsm əsərindən 93-ü sərgidə nümayiş olunmaq üçün seçilib. Bu rəsmlərdən 12-ni “Azərmarka” seçərək poçt açıqcası kimi çap edib. Rəsmləri sərgidə nümayiş üçün seçilənlər arasında 5-6 yaşlı uşaqlar üstünlük təşkil edib.

Müsabiqənin qaliblərini isə peşəkar rəssamlardan ibarət münsiflər heyəti seçib. Beləliklə, I yerin qalibi 6 yaşlı Mehin Süleymanzadə, II yerin qalibi 14 yaşlı Fuad Anzurov, III yerin qalibi isə 7 yaşlı Zəhra Məmmədzadə olub.

Qaliblər və seçilmiş rəsmlərin müəlliflərini NRYTN və “Azercell Telekom” MMC mükafatlandırıb.

Son xəbərlər

Orphus sistemi