Yuxarı
    Bağlamaq

    “Azərkosmos” keyterinq xidməti göstərən şirkət axtarır

    Bununla bağlı şirkət tender keçirir

    Bakı. 2 noyabr. REPORT.AZ/ “Azərkosmos” ASC Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində (ƏYPİM) işləyən heyət və ƏYPİM-ə gələn qonaqlar üçün iaşə (keyterinq) xidmətlərinin satın alınması məqsədilə açıq tender elan edib.

    "Report"un "Xalq" qəzetinə istinadən verdiyi xəbərə görə, müsabiqədə iştirak haqqı 170 manat təşkil edir.

    İaşə xidmətinin müqavilə müddəti imzalandığı gündən 2017-ci ilin sonunadək dövrü əhatə edəcək. Tender təklifi (bank zəmanəti ilə birgə) 5 dekabr saat 18:00-a qədər “Azərkosmos” ASC-yə (Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi,72, V mərtəbə) təqdim edilməlidir. Tender proseduru 6 dekabr saat 11:00-da “Azərkosmos”un böyük iclas zalında başlanacaq. 

    Tenderlə əlaqədar əlavə məlumat üçün “Azərkosmos” ASC-yə müraciət etmək lazımdır (e-mail: samaddin.asadov@azercosmos.az). Tender Komissiyasının sədri Saməddin Əsədovdur (tel.: (+994 12) 565 00 55).

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi