“Azərkosmos” keyterinq xidməti göstərən şirkət axtarır

“Azərkosmos” keyterinq xidməti göstərən şirkət axtarır Bununla bağlı şirkət tender keçirir
İKT
2 Noyabr , 2016 10:47
“Azərkosmos” keyterinq xidməti göstərən şirkət axtarır

Bakı. 2 noyabr. REPORT.AZ/ “Azərkosmos” ASC Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində (ƏYPİM) işləyən heyət və ƏYPİM-ə gələn qonaqlar üçün iaşə (keyterinq) xidmətlərinin satın alınması məqsədilə açıq tender elan edib.

"Report"un "Xalq" qəzetinə istinadən verdiyi xəbərə görə, müsabiqədə iştirak haqqı 170 manat təşkil edir.

İaşə xidmətinin müqavilə müddəti imzalandığı gündən 2017-ci ilin sonunadək dövrü əhatə edəcək. Tender təklifi (bank zəmanəti ilə birgə) 5 dekabr saat 18:00-a qədər “Azərkosmos” ASC-yə (Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi,72, V mərtəbə) təqdim edilməlidir. Tender proseduru 6 dekabr saat 11:00-da “Azərkosmos”un böyük iclas zalında başlanacaq. 

Tenderlə əlaqədar əlavə məlumat üçün “Azərkosmos” ASC-yə müraciət etmək lazımdır (e-mail: [email protected]). Tender Komissiyasının sədri Saməddin Əsədovdur (tel.: (+994 12) 565 00 55).

Son xəbərlər

Orphus sistemi