​“Azercell” yeni kampaniya həyata keçirir

​“Azercell” yeni kampaniya həyata keçirir Kampaniya çərçivəsində 4G MiFi cihazını alan abunəçilərə limitsiz internet paketi təqdim edilir
İKT
2 Mart , 2016 19:38
​“Azercell” yeni kampaniya həyata keçirir

Bakı. 2 mart. REPORT.AZ/ “Azercell Telecom” mobil internet istifadəçiləri üçün martın 2-dən etibarən “Azercell"dən 4G MiFi və 3G USB Modem” kampaniyası həyata keçirir.

“Report” şirkətə istinadən xəbər verir ki, kampaniya çərçivəsində 4G MiFi cihazını alan abunəçilərə ilk ay limitsiz internet paketi təqdim edilir. Beləliklə, abunəçi 80 manat ödəməklə, 4G MiFi + 4G dəstəkli Simsim DATA nömrə + bir aylıq limitsiz internet paketinə sahib olur.

Məlumat üçün qeyd edək ki, verilən hədiyyənin istifadə müddəti 30 gündür. Hədiyyənin həcmi 30 gündən tez bitərsə, abunəçi müddətin sonunadək limitsiz həcmdə və pulsuz internetdən istifadə edə bilər. Bu zaman sadəcə internetin sürəti azalır. Hədiyyə müddəti bitdikdən sonra abunəçi növbəti ay üçün mövcud internet paketlərindən birini sifariş edə bilər. Bunun üçün müvafiq açar sözü 2525-ə göndərilməlidir. Xidmətə qoşulan nömrədə digər xidmətlərdən (SMS və s.) istifadəyə görə xidmət haqları nömrədə mövcud olan tarif paketinə əsasən hesablanır. Nömrədə hər hansı digər tarif paket aktiv edilməyibsə, bu halda tarifləşmə fakturasız (SimSim) xətt sistemində mövcud olan “Azercellim” tarif paketinə uyğun aparılır.

Son xəbərlər

Orphus sistemi