Yuxarı

"Azercell" tələbələr üçün iş və təcrübə qazanmaq şansı yaradıb

Yay Təcrübə Proqramına artıq 200-dən çox müraciət daxil olub

Bakı. 25 may. REPORT.AZ/ "Azercell"in əməkdaşları “Karyera günləri” çərçivəsində tələbələrlə görüşlərini davam etdirirlər. Şirkət nümayəndələri bu dəfə “Karyerada ilk addım” adı altında Azərbaycan Universitetində keçirilən Karyera Günlərində iştirak ediblər. 

"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, mayın 16-dan başlayan Yay Təcrübə Proqramına artıq 200-dən çox müraciət daxil olub. Bu günə qədər davam edən müraciətlərin qəbulundan sonra seçim mərhələsi başlayacaq. 

"Azercell" nümayəndələri mərhələlərlə seçilən gənclərin 3 ay müddətində şirkətdə işləyib təcrübə qazanmaq imkanı qazandığını vurğulayıblar. Yay Təcrübə Proqamının ilk seçim mərhələsi təqdim olunan müraciət formalarının dəyərləndirilməsindən ibarətdir. Növbəti mərhələyə dəvət almış tələbələr və məzunlar müxtəlif testlər, çalışmalar və müsahibələr vasitəsilə şirkət nümayəndələri tərəfindən dəyərləndirilir. Dəyərləndirmələr zamanı tələbələr və məzunlar akademik fəaliyyətləri, ixtisas üzrə nəzəri bilikləri və maraqları sayəsində seçilir. Son seçim turu isə üz-üzə keçirilən müsahibələrdən ibarət olur.

Qeyd edək ki, son illər ərzində mütəmadi olaraq "Azercell"in təşəbbüsü ilə şirkət tərəfindən “Karyera Günləri” təşkil edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi