"Azercell Telecom" 21 il ərzində 1,6 mlrd. manatdan çox vergi ödəyib

"Azercell Telecom" 21 il ərzində 1,6 mlrd. manatdan çox vergi ödəyib Bakı. 28 fevral. REPORT.AZ/ Azercell Telecom MMC 2017-ci ildə dövlət büdcəsinə 179,7 mln. manat, fəaliyyət göstərdiyi 21 il ərzində isə 1 637,5 mln. manat vergi ödəyib. 
İKT
28 Fevral , 2018 12:44
Azercell Telecom 21 il ərzində 1,6 mlrd. manatdan çox vergi ödəyib

Bakı. 28 fevral. REPORT.AZ/ "Azercell Telecom" MMC 2017-ci ildə dövlət büdcəsinə 179,7 mln. manat, fəaliyyət göstərdiyi 21 il ərzində isə 1 637,5 mln. manat vergi ödəyib. 

"Report" xəbər verir ki, bu barədə şirkətin prezidenti Vahid Mürsəliyev keçirdiyi mətbuat konfransında məlumat veriib. 

Tədbirdə onunla yanaşı, Aysel adlı "süni intellekt" də çıxış edib. Məruzəçilərin sözlərinə görə, "Azercell Telecom" Azərbaycanda telekommunikasiyanın inkişafına ötən il 41,837 mln. manat, 1996-2017-ci illərdə isə 1 467,779 mln. manat xərcləyib. 

V.Mürsəliyev onu da bildirib ki, şirkətin apardığı sərfəli kampaniya çərçivəsində Azərbaycanda smartfonlardan istifadə 20% artıb. 

"2017-ci ildə radio baza stansiyalarının sayı 5 506-ya bərabər olub. Onlardan 4957-i 2G və 3G, 549-u isə 4G şəbəkəsində olub. Ötən il "Azercell"in 4G internetindən istifadə edənlərin sayı 3 dəfə artıb. Ümumi mobil internetdən istifadə edənlər isə 50% artıb", - o əlavə edib. 

Son xəbərlər

Orphus sistemi