Bakı. 24 may. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” şirkəti fakturalı xətt abunəçiləri üçün “Samsung S6 Edge“ kampaniyasına başlayıb.
Şirkətdən “Report”a bildirilib ki, kampaniya çərçivəsində bütün mövcud və “Azercell” şəbəkəsinə MND ilə keçən fakturalı xətt abunəçiləri Ekspres Ofislərinə müraciət edərək güzəştli şərtlərlə “Hədsiz”, “Hədsiz Zəng” və ya “Hədsiz İnternet” tariflərinə qoşulub “Samsung S6 Edge“ telefonunu əldə edə biləcəklər. Telefonu əldə etdikdən sonra abunəçi 12/18 faktura dövrü ərzində aşağıdakı cədvələ uyğun olaraq aylıq abunə haqqı ödəməli olacaq:
Tarif paketinin adı | 12 aylıq paketin qiyməti (ayda, ƏDV ilə) | 18 aylıq paketin qiyməti (ayda, ƏDV ilə) |
Hədsiz | 139 AZN | 109 AZN |
Hədsiz Zəng | 119 AZN | 89 AZN |
Hədsiz İnternet | 109 AZN | 79 AZN |
Kampaniyaya qoşulma dərhal baş verir və “Hədsiz”, “Hədsiz Zəng” və “Hədsiz İnternet” tarif paketləri növbəti gündən aktivləşdirilir. “Hədsiz Zəng” tarif paketinə qoşulan abunəçilərə 2 faktura dövrü ərzində 1 GB aylıq internet paketi sifariş edildikdə 2 dəfə pulsuz yararlanma imkanı təqdim olunur. Abunəçi kampaniyaya yalnız öz nömrəsi ilə qoşula bilər. Bir abunəçi kampaniya çərçivəsində yalnız bir telefon əldə edə bilər.
Qeyd edək ki, abunəçilər kampaniyadan yararlanmaq üçün istənilən “Azercell Ekspres” və ya Müştəri Xidmətləri ofislərinə müraciət edə bilərlər.