"Azercell" bu gün şəbəkəsində yaranmış çətinliklərə münasibət bildirib

"Azercell" bu gün şəbəkəsində yaranmış çətinliklərə münasibət bildirib Azərbaycanın aparıcı mobil rabitə operatoru bəzi nömrələrdə internetlə bağlı problemin olduğunu etiraf edib
İKT
17 Aprel , 2017 15:29
Azercell bu gün şəbəkəsində yaranmış çətinliklərə münasibət bildirib

Bakı. 17 aprel. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” MMC bu gün şəbəkəsində yaranmış çətinliklərə münasibət bildirib.

Şirkətdən "Report"a verilən xəbərə görə, bu gün saat 12:00-14:15 radələrində həqiqətən də bəzi “Azercell" nömrələrində internet xidmətinin istifadəsində müvəqqəti çətinliklər olub. 

"Yaranmış halın aradan qaldırlması üçün təcili tədbirlər görülüb. Şirkət tərəfindən qısa müddət ərzində bu istiqamətdə tam normal əsaslarla xidmət göstərilməsi imkanı təmin edilib", - deyə "Azercell"in məlumatında qeyd edilib.

Son xəbərlər

Orphus sistemi