Yuxarı
    Bağlamaq

    "Azercell" müştərilərinə müraciət edib

    Oktyabrın 11-dən bölgə tarifi çərçivəsində şəbəkədaxili zənglər üçün 15 dəqiqəlik maksimal davametmə müddəti tətbiq ediləcək

    Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telecom" şirkəti abunəçilərinə müraciət edib. 

    "Report"un xəbərinə görə, müraciətdə bildirilir ki, oktyabrın 11-dən bölgə tarifi çərçivəsində həyata keçirilən hər bir şəbəkədaxili zəng üçün 15 dəqiqəlik maksimal davametmə müddəti tətbiq ediləcək.

    Xatırladaq ki, "Azercell Telecom" 1996-cı ildə yaradılıb, əsas təsisçisi - 20-dən çox ölkədə filial-müəsissəsi olan və ümumi sayı 460 mln.-dan çox əhaliyə xidmət göstərən "Telia Company" şirkətidir. "Azercell" şirkətinin hazırkı 100% sərmayədarı Türkiyənin "Azertel Telekomünikasyon ve Yatırım Dış Ticaret A.Ş," şirkətidir. Onun nizamnamə kapitalı 62,1 mln. ABŞ dollarıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi