Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri "TeliaSonera"nın prezidenti ilə görüşüb

Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri "TeliaSonera"nın prezidenti ilə görüşüb Görüşdə şirkətin Azərbaycandakı fəaliyyətinin yeni səviyyəyə qaldırılması planları müzakirə olunub
İKT
5 May , 2015 14:20
Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri TeliaSoneranın prezidenti ilə görüşüb

Bakı. 5 may. REPORT.AZ/ Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Bakıda səfərdə olan “TeliaSonera” Şirkətlər Qrupunun prezidenti Yohan Dennelindin (Johan Dennelind) başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Report” Nazirliyin məlumatına əsasən bildirir ki, Ə.Abbasov Azərbaycanda rabitә vә yüksək texnologiyalar sahəsinin son illərdə ardıcıllıqla inkişaf etdiyinə diqqət çəkərək, bu inkişafda mobil rabitə sektorunun xüsusi çəkisi olduğunu vurğulayıb. İKT-nin digər istiqamətlərində olduğu kimi, mobil infrastrukturun modernləşdirilməsinin də əsas məsələlərdən olduğunu qeyd edən nazir bu baxımdan texniki məsələlər, eləcə də şirkətlə perspektiv əməkdaşlıq istiqamətlərindən söz açıb.

“TeliaSonera” prezidenti Y.Dennelind də qarşılıqlı, faydalı əməkdaşlıq prinsiplərinə söykənən münasibətlərin bundan sonra da uğurla davam etdirilməsinə maraq göstərdiklərini bildirib.

Görüşdə, həmçinin “TeliaSonera” Şirkətlər Qrupuna daxil olan “Azercell Telecom” MMC-nin mobil rabitə sektorunda qazandığı nailiyyətlərdən danışılıb, o cümlədən “Bakı 2015” Birinci Avropa Oyunlarının təşkili zamanı oyun və təşkilati məkanların mobil rabitə xidmətləri ilə təmin edilməsində şirkətin yaxından iştirak etdiyi bildirilib.

Bununla yanaşı, şirkətin Azərbaycandakı fəaliyyətinin yeni səviyyəyə qaldırılması üçün göstərilən səy və perspektiv planlara toxunulub, LTE texnologiyalarının inkişaf etdirilməsi, müştəri məmnunluğu üçün keyfiyyətin artırılması istiqamətində tədbirlərin daha da gücləndirilməsi, “Bakı 2015” Birinci Avropa Oyunları zamanı keyfiyyətli rabitə xidmətlərinin təmin edilməsinin vacibliyi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi