Yuxarı

​Azərbaycanın iqtisadiyyat və sənaye naziri İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

Görüşdə sənaye, energetika, alternativ enerji, nəqliyyat, kənd təsərrüfatı sahələrində əməkfaşlığın inkişafına dair müzakirələr aparılıb

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə görüşüb. İqtisadiyyat və Sənaye Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, görülən işlər, eləcə də əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri olan Ş.Mustafayev iki ölkə arasında siyasi, iqtisadi və humanitar əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, son zamanlar rəsmi şəxslərin və iş adamlarının qarşılıqlı səfərlərinin artdığını qeyd edib, M.Vaezinin Bakıya növbəti səfərindən məmnunluğunu ifadə edib. Görüşdə belə səfərlərin və keçirilən görüşlərin Azərbaycan-İran əlaqələrinin inkişafında əhəmiyyəti vurğulanıb.

İranlı nazir, Dövlət Komissiyasının həmsədri M.Vaezi ölkələr arasında əlaqələrin genişləndiyini, əməkdaşlığın daha da inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.

Görüşdə Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının bu ilin avqustunda Bakıda keçirilmiş IX iclasında əldə edilmiş razılığa uyğun olaraq, görülən işlərin gedişi barədə fikir mübadiləsi aparılıb, bir sıra sahələrdə ciddi irəliləyişlərə nail olunduğu bildirilib.

Həmçinin, iş adamları arasında əlaqələrin genişləndirilməsi, sənaye, kənd təsərrüfatı, baytarlıq, energetika, alternativ enerji, nəqliyyat sahələrində əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi