Azərbaycanda internetlə bağlı yaranan problemin səbəbləri açıqlanıb - YENİLƏNİB

Azərbaycanda internetlə bağlı yaranan problemin səbəbləri açıqlanıb - YENİLƏNİB Hazırda şəbəkədə fasilələr yaranıb
İKT
16 Noyabr , 2015 17:36
Azərbaycanda internetlə bağlı yaranan problemin səbəbləri açıqlanıb - YENİLƏNİB

Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycanda internetə çıxış qismən bərpa olunub. Bununla belə, ölkə ərazisində əksər saytlara giriş mümkün deyil. Eyni zamanda internetin sürəti də olduqca zəifdir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a bildirilib ki, ölkəni internetlə təmin edən "Delta Telekom" şirkətində yanğın baş verib və bütün zəruri avadanlıqlar zədələnib: "Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürüb. Hazırda alternativ kanallarla ölkə internetlə təmin olunub, lakin onun sürəti çox zəifdir. Lakin yaxın vaxtlarda avandanlıqlar tam yeniləri ilə əvəz olunacaq və ölkədə internetə çıxış və onun sürəti bərpa olunacaq". 

*** 17.06

Azərbaycanda internetin fasiləsiz təminatında problem baş verib. İnternet-provayderlərin və istifadəçilərin internetə çıxışında problem yaranıb. Hazırda şəbəkədə fasilələr də yaranıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) "Report"a verilən məlumata görə, telekommunikasiya və informasiya texnologiyaları bazarında fəaliyyət göstərən əsas internet provayderi "Delta Telecom" şirkətinin şəbəkəsində problemlər baş verdiyindən bütün ölkə ərazisində də internetin yayımında fasilə yaranıb.

"Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "Delta Telecom" şirkətinin əməkdaşları baş vermiş problemin aradan qaldırılması və səbəblərinin aydınlaşması ilə əlaqədar araşdırma aparılır", - deyə RYTN-dən bildirilib.

Son xəbərlər

Orphus sistemi