Azərbaycanda genişzolaqlı infrastrukturun inkişafına dövlət sərmayəsi ayrılacaq

Azərbaycanda genişzolaqlı infrastrukturun inkişafına dövlət sərmayəsi ayrılacaq Bu, simsiz rabitə operatorlarının müştərək müəssisəsinin yaradılması yolu ilə də təmin edilə bilər
İKT
30 Dekabr , 2016 12:50
Azərbaycanda genişzolaqlı infrastrukturun inkişafına dövlət sərmayəsi ayrılacaq

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycanda genişzolaqlı infrastruktur investisiyalarının həyata keçirilmə formalarının müəyyən edilməsi zamanı mövcud şəbəkəyə nəzarət edən bazar iştirakçısı vasitəsilə subsidiyalaşdırma/stimullaşdırma təklif edilir.

"Report"un xəbərinə görə, bu, Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində qeyd olunub.

Bu yanaşmada genişzolaqlı şəbəkə infrastrukturunun qurulması mövcud şəbəkəyə nəzarət edən bazar iştirakçısı vasitəsilə stimullaşdırılır. Belə ki, yüksək xərc tələb edən, lakin aşağıgəlirli ərazilərdə infrastrukturun qurulması məqsədilə dövlət tərəfindən həmin iştirakçıya maliyyə stimulları verilməklə, investisiya qoyuluşu stimullaşdırıla bilər. Hazırda internet xidməti təminatçılarının şəbəkəyə topdan çıxış imkanları var. Bu yanaşmanın tətbiqi dövlət tərəfindən mövcud şəbəkəyə nəzarət edən bazar iştirakçısı üzərində şəbəkənin əhatə dairəsi və xidmət səviyyəsi üzrə aydın müəyyən edilmiş əsas icra göstəriciləri (ƏİG) vasitəsilə nəzarətin təmin edilməsini, eləcə də bazarda şəbəkəyə topdan çıxış imkanlarının düzgün və şəffaf qaydada tənzimlənməsini tələb edir.

Genişzolaqlı infrastrukturun maliyyələşdirilməsi üsullarından biri kimi simsiz rabitə operatorları vasitəsilə subsidiyalaşdırma/stimullaşdırma forması da nəzərdən keçiriləcək. Belə ki, yuxarıda qeyd edilən modellə müəyyən oxşar cəhətlərə malik olsa da, bu modeldə genişzolaqlı şəbəkə infrastrukturunun qurulması ilə bağlı dövlət tərəfindən subsidiyalaşdırma yalnız mövcud şəbəkəyə nəzarət edən bazar iştirakçısı vasitəsilə deyil, simsiz rabitə operatorlarının müştərək müəssisəsinin yaradılması yolu ilə təmin edilə bilər.

Digər infrastrukturəsaslı rəqabət modeli isə telekommunikasiya operatorlarının genişzolaqlı şəbəkəsinin qurulması sahəsində bir-biri ilə rəqabət aparmasını nəzərdə tutur: "Tənzimləyici qurum seçmə qaydada bazarın liberallaşdırılması və ya investisiyaların cəlbi məqsədilə normativ tələblərin yumşaldılması kimi alətlərlə investisiya qoyuluşunu daha da stimullaşdıra bilər. İnvestisiya qoyuluşunun azaldığı dövrlərdə isə tənzimləyici qurum infrastruktura investisiya qoyuluşlarını stimullaşdıran vasitələri (məsələn, yüksək xərc tələb edən ərazilər üzrə subsidiyaların verilməsi), eləcə də investisiyaların təşviqi və qorunması məqsədi daşıyan tənzimləmə alətlərini (məsələn, normativ tələblərin yumşaldılması) müəyyən etməklə, rəqabətli mühitin yaradılmasına təkan verə bilər".

Son xəbərlər

Orphus sistemi