Yuxarı

Azərbaycanda elektron ticarət dövriyyəsi 2 dəfə artıb

Elektron ticarət dövriyyəsinin 97%-ni qeyri-ərzaq malları təşkil edib

Bakı. 11 iyun. REPORT.AZ/ Cari ilin yanvar-may aylarında Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin ilk 5 ayına nisbətən 1,9 dəfə artaraq 4,9 mln. manat təşkil edib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 92,8%-ni hüquqi, 7,2%-ni fərdi sahibkarların elektron ticarət şəbəkəsindən alıb. Elektron ticarət dövriyyəsinin 96,5%-ni qeyri-ərzaq malları təşkil edib.

Statistikaya əsasən, cari ilin yanvar-may aylarında pərakəndə ticarət subyektlərində istehlakçılara 9,5 mlrd. manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,7% çox əmtəə satılıb. Satılan istehlak mallarının 50,1%-ni ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,9%-ni qeyri-ərzaq malları təşkil edib və qeyri-ərzaq mallarının xüsusi çəkisi ötən ilin yanvar-may ayları ilə müqayisədə 1,2 faiz bəndi artıb.

Qeyd edək ki, hesabat dövründə ictimai iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,9% artaraq 372,4 mln. manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 158,9 mln manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 213,5 mln. manat təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi