Yuxarı

​Azərbaycan Milli Elmlər Akademiyasında Elektron Kitabxana və Elmi Tədqiqat mərkəzləri açılıb

Kitabxana Mərkəzində 3M texnologiyalarından istifadə olunur

Bakı. 4 dekabr. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun Elektron Kitabxana Mərkəzi və Elmi Tədqiqatlar

Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.

"Report"un xəbər verdiyi kimi, mərasimdə AMEA prezidenti Akif Əlizadə, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, təhsil naziri Mikayıl Cabbarov,  AMEA-nın vitse-prezidenti İbrahim Quliyev və akademiklər iştirak ediblər.

AMEA-nın prezidenti A.Əlizadə Elektron Kitabxana Mərkəzinin açılışını bildirən rəmzi lenti kəsdikdən sonra akademik Rasim Quliyev kitabxana haqqında məlumat verib. O bildirib ki, resursların identifikasiyası, oxucuların özünəxidməti həyata keçirə bilməsi üçün Mərkəzdə 3M texnologiyalarından istifadə olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi