Yuxarı
    Bağlamaq

    ​“Android” sistemi üçün yeni tip viruslar aşkarlanıb

    Artıq yoluxdurulmuş “Durak” kart oyunu 5-10 milyon dəfə yüklənib

    Bakı. 5 fevral. REPORT.AZ/ “Avast” antivirus şirkətinin hesabatına əsasən, məşhur istehsalçıların rəsmi “Google Play” əlavələr mağazasında olan proqram təminatını yoluxdura bilən yeni tip zərərli proqramlar aşkarlanıb.

    “Report” “DailyComm” saytına istinadən xəbər verir ki, sözügedən virus "Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən mobil qurğu sahibləri üçün təhlükə törədir. Artıq yoluxdurulmuş “Durak” kart oyunu 5-10 milyon dəfə yüklənib.

    Yoluxdurulmuş proqram təminatı spam bildirişi dərhal yox, əlavə quraşdırıldıqdan təxminən bir ay sonra göndərməyə başlayır.

    Bildirişlərdə qurğuya zərərli və ya köhnə proqram təminatının quraşdırılması, eləcə də qanunsuz pornoqrafik kontentin yüklənməsi bildirilir, sonradan spamları siləcək proqramların quraşdırılması təklif olunur, amma bu düzgün məlumat hesab olunmur. Əslində isə istifadəçi özünün də xəbəri olmadan qısa nömrələrə SMS bildirişlər göndərərək şəxsi məlumatlar toplayan daha bir virus yükləyir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi