"Amazon", "Google" və "Apple" "ağıllı ev" sistemlərinin vahid iş standartını yaradacaq

"Amazon", "Google" və "Apple" "ağıllı ev" sistemlərinin vahid iş standartını yaradacaq Amazon, Google, Apple və qurğular arasında simsiz rabitənin işlənib hazırlanması ilə məşğul olan Zigbee Alliance şirkətləri birlikdə ağıllı ev sistemlərinin vahid açıq protokolunu yaradacaq.
İKT
19 Dekabr , 2019 11:13
Amazon, Google və Apple ağıllı ev sistemlərinin vahid iş standartını yaradacaq

"Amazon", "Google", "Apple" və qurğular arasında simsiz rabitənin işlənib hazırlanması ilə məşğul olan "Zigbee Alliance" şirkətləri birlikdə "ağıllı ev" sistemlərinin vahid açıq protokolunu yaradacaq.

"Report" "Apple" şirkətinin saytında yer alan məlumata istinadən xəbər verir ki, şirkətlərin ortaq layihəsi "Connected Home over IP" adlandırılacaq.

"Layihə istehsalçıların "ağıllı ev" və səsli cihazlarla, məsələn, "Amazon"dan "Alexa", "Apple"dan "Siri", "Google"dan "Assistant" və s. kimi yardımçı xidmətlərlə hərtərəfli işləyə biləcək qurğular yaratmasını asanlaşdırmaq məqsədi daşıyır", - "Apple" şirkətinin yaydığı məlumatda deyilir.

Press-relizdə həmçinin bu cür sistemlərin yeni işləmə standartının açıq və ödənişsiz olacağı vurğulanıb. 

Beləliklə, onunla işləmək üçün "ağıllı ev" sistemləri üçün hazırlanmış istənilən cihazdan istifadə etmək olar.

Son xəbərlər

Orphus sistemi