Aİ "Şərq Tərəfdaşlığı" ölkələri ilə rouminq tariflərini ləğv etməyi planlaşdırır

Aİ "Şərq Tərəfdaşlığı" ölkələri ilə rouminq tariflərini ləğv etməyi planlaşdırır Bu hadisənin 2020-ci ilə qədər baş verəcəyi gözlənilir
İKT
8 İyun , 2017 10:04
Aİ Şərq Tərəfdaşlığı ölkələri ilə rouminq tariflərini ləğv etməyi planlaşdırır

Bakı. 8 iyun. REPORT.AZ/ Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" ölkələri ilə rouminq tariflərini ləğv etməyi planlaşdırır. "Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Aİ-nin Avropanın Xarici Siyasət Xidmətinin şöbə müdiri Boris Yaroşeviç bildirib.

"Şərq Tərəfdaşlığı" təşəbbüsünə daxil olan ölkələrə və ya bu ölkələrdən Avropaya səyahət edirsinizsə, rouminq xidmətinin haqqı çox bahadır. Avropada artıq rouminq vergisi ləğv olunub. İndi bunu 6 tərəfdaş ölkə ilə də etmək istəyirik", - deyə o vurğulayıb.

Qeyd edək ki, "Şərq Tərəfdaşlığı" proqramı Aİ-nin 6 şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına yönəlmiş təşəbbüsdür və proqram 2009-cu ildən həyata keçirilir.

B.Yaroşeviçin sözlərinə görə, operatorlar hamı üçün ucuz və məqbul tariflər tətbiq edəcək, bütün proses isə 2020-ci ilə qədər başa çatacaq: "Avropa üçün artıq bunu etmişik, indi rouminq tariflərinin aradan qaldırılması prosesi Aİ-dən kənara çıxmalıdır. Bu təşəbbüs barədə Brüssel Bəyannaməsində qeyd ediləcək, işlərin başa çatdırılmasına isə bir neçə il lazım gələcək".

Xatırladaq ki, aprel ayında Avropa Parlamenti müştəriyə Aİ üzvü olan ölkələrə səyahət edərkən telefon danışığı və mobil internet üçün yerli tarifdən istifadəyə imkan verən tənzimləməni təsdiq edib.

Son xəbərlər

Orphus sistemi