Yuxarı

Aİ daxilində rouminq xidməti üçün ödəniş ləğv olunur

2016-cı ilin 1 aprel tarixindən Avropa İttifaqı daxilində rouminq xidməti üçün ödəniş dayandırılacaq

Bakı. 27 oktyabr. REPORT.AZ/ Avropa Parlamentinin bu günkü qərarına əsasən, 2016-cı ilin 1 aprel tarixindən etibarən Avropa İttifaqı məkanında rouminq xidməti üçün ödəniş dayandırılacaq. 

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, qərarda qeyd olunur ki, 2017-ci ildən etibarən Aİ dövlətləri daxilində rouminq ümumiyyətlə ləğv olunmalıdır.

Avropa Komissiyasıni sədr müavini Andrus Ansip qərarı "avropalılara ciddi mənfəət gətirəcək yaxşı razılaşma" adlandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi