Aİ daxilində rouminq xidməti üçün ödəniş ləğv olunur

Aİ daxilində rouminq xidməti üçün ödəniş ləğv olunur 2016-cı ilin 1 aprel tarixindən Avropa İttifaqı daxilində rouminq xidməti üçün ödəniş dayandırılacaq
İKT
27 Oktyabr , 2015 19:34
Aİ daxilində rouminq xidməti üçün ödəniş ləğv olunur

Bakı. 27 oktyabr. REPORT.AZ/ Avropa Parlamentinin bu günkü qərarına əsasən, 2016-cı ilin 1 aprel tarixindən etibarən Avropa İttifaqı məkanında rouminq xidməti üçün ödəniş dayandırılacaq. 

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, qərarda qeyd olunur ki, 2017-ci ildən etibarən Aİ dövlətləri daxilində rouminq ümumiyyətlə ləğv olunmalıdır.

Avropa Komissiyasıni sədr müavini Andrus Ansip qərarı "avropalılara ciddi mənfəət gətirəcək yaxşı razılaşma" adlandırıb.

Son xəbərlər

Orphus sistemi