Cəbrayıl Həsənov: "Hakim haqsızlığı ilə üzləşdim"

Cəbrayıl Həsənov: "Hakim haqsızlığı ilə üzləşdim" "Rəqib güclü idmançı idi"
Fərdi
24 Avqust , 2016 14:41
Cəbrayıl Həsənov: Hakim haqsızlığı ilə üzləşdim

Bakı. 24 avqust. REPORT.AZ/ "Olimpiadada üçüncü yeri tutdum. Əlimdən gələni etdim, istərdim qızıl medal qazanım". Bunu "Report"a açıqlamasında 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 74 kq çəkidə bürünc medal qazanmış sərbəst güləşçi Cəbrayıl Həsənov deyib.

O, yarımfinalda rusiyalı Ənvər Geduyevə uduzmasının səbəbini belə əsaslandırıb: "Yarımfinalda 3:0 hesabı ilə irəlidə idim. Rəqib güclü idmançı idi. Həm də bir az hakim haqsızlığı ilə üzləşdim. Qismət bu imiş. Sevinirəm ki, ölkəmə medal gətirə bildim".

Qeyd edək ki, C.Həsənov "Rio-2016"da ilk olaraq 1/8 finalda kolumbiyalı Karlos Arturo İzkuerdo Mendesi üstələyib. Ardınca Gürcüstan idmançısı Yakob Makaraşvilini məğlub edən azərbaycanlı pəhləvan yarımfinalda rusiyalı Ənvər Geduyevə uduzub. O, son təsəlliverici görüşdə özbəkistanlı Bekzod Abduraxmanovu məğlub edərək bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi