Zakir Həsənovun rəhbərliyi ilə səhra şəraitində müşavirə keçirilib

Zakir Həsənovun rəhbərliyi ilə səhra şəraitində müşavirə keçirilib Bakı. 3 iyul. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənov səhra şəraitində keçirilən təlimlərin əsas komanda idarəetmə məntəqəsində olub.
Hərbi
3 İyul , 2018 17:52
Zakir Həsənovun rəhbərliyi ilə səhra şəraitində müşavirə keçirilib
0 : 00
0 : 00

Bakı. 3 iyul. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənov səhra şəraitində keçirilən təlimlərin əsas komanda idarəetmə məntəqəsində olub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əvvəlcə Nazirliyin rəhbər heyəti hərbi hissənin ərazisində ümummilli liderimiz Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyub, hörmət və ehtiramlarını ifadə ediblər.

Təlimlərə cəlb edilmiş zabit heyəti ilə keçirilən xidməti müşavirədə birləşmə və hərbi hissələrin komandir, rəis heyətlərinin planları, fəaliyyətləri, qəbul etdikləri qərarlarla bağlı məruzələr dinlənilib.

Müşavirədə çıxış edən müdafiə naziri hazırkı dövrdə belə təlimlərin əhəmiyyətini xüsusi vurğulayaraq qarşıda duran vəzifələrdən danışıb, müvafiq tapşırıq və göstərişlər verib.

Son xəbərlər

Orphus sistemi