Zakir Həsənovun Polşaya səfəri başlayıb

Zakir Həsənovun Polşaya səfəri başlayıb Onun Polşanın milli müdafiə naziri ilə ikitərəfli formatda görüşü planlaşdırılır
Hərbi
4 Sentyabr , 2017 17:04
Zakir Həsənovun Polşaya səfəri başlayıb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Sentyabrın 4-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Polşa Respublikasının milli müdafiə naziri Antoni Maçereviçin dəvəti ilə Varşava şəhərinə yola düşüb.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Polşanın milli müdafiə naziri ilə ikitərəfli formatda görüşü, Beynəlxalq Müdafiə Sənayesi sərgisində iştirakı və digər tədbirləri planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi