Zakir Həsənov: "Azərbaycan NATO-nun təcrübəsindən istifadə etməklə ordusunu gücləndirir”

Zakir Həsənov: "Azərbaycan NATO-nun təcrübəsindən istifadə etməklə ordusunu gücləndirir” “Azərbaycan Ordusu daim yeni silahlarla təchiz olunur. Buna görə də yeni silahların mükəmməl istifadə qaydaları təlimlər vasitəsilə öyrədilir”.
Hərbi
4 Aprel , 2019 14:05
Zakir Həsənov: Azərbaycan NATO-nun təcrübəsindən istifadə etməklə ordusunu gücləndirir”

“Azərbaycan Ordusu daim yeni silahlarla təchiz olunur. Buna görə də yeni silahların mükəmməl istifadə qaydaları təlimlər vasitəsilə öyrədilir”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov AzTV-yə müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan NATO-nun təcrübəsindən istiafdə etməklə ordusunu gücləndirir: “Bizim qardaş Türkiyə və qardaş Pakistanla planlarımız var. Birgə təlimlər həyata keçirəcəyik. Pakistan xalqı Azərbaycan xalqına qarşı yüksək səviyyədə münasibət bəsləyir. Qardaş Türkiyənin Silahlı Qüvvələri NATO-nin ən güclü silahlı qüvvələrindən biridir. Çünki Türkiyə Ordusu yüksək təcrübəyə və silah-sursat təchizatına malikdir. Biz NATO-nun təcrübəsindən də istifadə edərək Azərbaycan Ordusunu gücləndiririk”.

“Azərbaycan sülhsevər və beynəlxalq aləmdə tanınmış bir dövlətdir. Azərbaycan Ordusunun zabitləri BMT sülhməramlılarının əməliyyat qrupunda iştirak edirlər. BMT sülhməramlı ordu üçün dünyanın yalnız güclü ordularına müraciət edir. Biz düzgün yoldayıq və gələcəkdə də sülhə hər zaman töhfə verəcəyik”, - müdafiə naziri əlavə edib.

Son xəbərlər

Orphus sistemi