Yuxarı

Zakir Həsənov Türkiyənin Azərbaycandakı hərbi attaşesini medalla təltif edib

Azərbaycanın müdafiə naziri briqada generalı Hasan Nevzat Taşdelerlə vidalaşıb

Bakı. 11 avqust. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənov fəaliyyət müddəti başa çatan Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkil olunması, regiondakı hərbi-siyasi vəziyyət, hərbi-təhsil məsələləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi, ikitərəfli əməkdaşlıq məsələlərinin əhəmiyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüş zamanı müdafiə naziri general-polkovnik Z.Həsənov Hasan Nevzat Taşdeleri növbəti hərbi rütbə alması münasibətilə təbrik edərək onu "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi