Yuxarı

Zakir Həsənov prezident seçkilərinin uğurla başa çatması münasibəti ilə ordunun şəxsi heyətini təbrik edib

Zakir Həsənov prezident seçkilərinin uğurla başa çatması münasibəti ilə ordunun şəxsi heyətini təbrik edib
Azərbaycan müdafiə naziri, general- polkovnik Zakir Həsənov

Bakı. 12 aprel. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 11-də keçirilən Prezident seçkilərinin uğurla başa çatması və İlham Əliyevin növbəti dəfə inamlı qələbə qazanaraq Azərbaycan Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə ordunun şəxsi heyətini təbrik edib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri bildirib ki, Azərbaycan ordusunun şəxsi heyəti seçkilərin səsverməsi prosesində böyük ruh yüksəkliyi ilə iştirak edib, ölkəmizin təhlükəsizliyi və demokratik inkişafı naminə doğru seçim edərək ən layiqli namizədə səs verib.

General-polkovnik Zakir Həsənov bir daha əmin edib ki, Azərbaycan ordusunun şəxsi heyəti Vətənimizin keşiyində ayıq-sayıq dayanıb, torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanının hər bir əmrinin icrasına hazırdır və qadirdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi