Azərbaycanın Müdafiə naziri, general-polkovnik
"Report" xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli xanımlar!
Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram.
Azərbaycan qadını tarix boyu şərəfli və müqəddəs ana adını uca tutmaqla müdrikliyi, işgüzarlığı, saflığı və mübarizliyi ilə parlaq səhifələr yazmışdır. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qadınlar da fəal iştirak edib, qəhrəmanlıq nümunələri göstəriblər.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli-mənəvi dəyərlərimizə xidmət edən və ənənələrimizi qoruyub yaşadan çoxlu sayda layihələrin uğurla icra olunmasında, eləcə də ölkəmizin müdafiə qüdrətinin artırılmasında Azərbaycan qadını da bu gün yaxından iştirak edir.
Torpaqlarımızın müdafiəsi zamanı şəhid olan qadınlarımızın əziz xatirəsini ehtiramla yad edir, şəhid və əsgər analarına, döyüşlərdə şəhid olan, sağlamlığını itirən silahdaşlarımızın ömür-gün yoldaşlarına təbriklərimi çatdırır, yüksək hörmət və ehtiramımı bildirirəm.
İnanıram ki, bütün qadınlar kimi ordu sıralarında xidmət edən və mülki işlərdə çalışan qadınlar bundan sonra da Vətənə, xalqa, dövlətə sədaqət göstərəcəklər.
Bayramınız mübarək olsun!".