Zakir Həsənov NATO Müdafiə Kollecinin rəisi ilə görüşüb

Zakir Həsənov NATO Müdafiə Kollecinin rəisi ilə görüşüb Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO Müdafiə Kollecinin rəisi, general-leytenant Kris Uaytkross ilə görüşüb.
Hərbi
13 Dekabr , 2018 17:08
Zakir Həsənov NATO Müdafiə Kollecinin rəisi ilə görüşüb

Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO Müdafiə Kollecinin rəisi, general-leytenant Kris Uaytkross ilə görüşüb.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, qonağı salamlayan nazir regiondakı hərbi-siyasi vəziyyət, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib.

Z.Həsənov Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq proqramları, xüsusi ilə hərbi təhsil sahəsində həyata keçirilən fəaliyyətlərin vacibliyini vurğulayaraq bu istiqamətdə göstərilən dəstəyə görə öz təşəkkürünü bildirib.

K.Uaytkross Müdafiə Kollecinin fəaliyyəti barədə ətraflı məlumat verərək Azərbaycana səfərdən məmnun qaldığını, göstərilən qonaqpərvərliyə, müxtəlif qurumlarda görüşlərin təşkilinə görə bütün heyət üzvləri adından Müdafiə nazirinə minnətdarlığını bildirib.

Qonaq Müdafiə Kollecinin təşkil etdiyi mövcud kursların vacibliyini qeyd edərək bu cür səfərlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu da diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi