Əli Şəmxani: "İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

Əli Şəmxani: "İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" Zakir Həsənov İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Hərbi
16 Aprel , 2017 15:20
Əli Şəmxani: İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Bakı. 16 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşüb.

"Report" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər terrorizm və güc tətbiqinin bölgə, ümumiyyətlə, bütün dünya üçün böyük təhlükə yaratdığını bildirərək bu çağırışlara qarşı mübarizədə iki ölkənin səylərinin daha da artırılmasının vacibliyini vurğulayıblar.

Ə.Şəmxani ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və sərhədlərin güc yolu ilə dəyişdirilməsinin əleyhinə olduğunu, eləcə də regiondakı problemlərin danışıqlar vasitəsilə həll edilərək sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olmasının tərəfdarı olduğunu xüsusi qeyd edib.

Son xəbərlər

Orphus sistemi