Yuxarı

Zakir Həsənov Gürcüstan parlamentinin sədri ilə görüşüb

Zakir Həsənov Gürcüstan parlamentinin sədri ilə görüşüb

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin parlament sədri Arçil Talakvadze ilə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, görüşdə iki ölkənin strateji tərəfdaşlıq münasibətlərinə malik olduğu vurğulanıb.

A.Talakvadze Gürcüstanın Azərbaycanla sıx münasibətlərinin olduğunu deyib. Spiker Azərbaycanla münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə əminlik ifadə edib.

Z.Həsənov səmimi qəbula görə minnətdarlığını ifadə edib.

Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə Gürcüstan parlamentinin azərbaycanlı deputatları da iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi