Yuxarı

Zakir Həsənov Çinin hərbi sənaye kompleksinin nümayəndə heyəti ilə görüşüb

Zakir Həsənov Çinin hərbi sənaye kompleksinin nümayəndə heyəti ilə görüşüb
© mod.gov.az

Bakı. 26 sentyabr. REPORT.AZ/ “ADEX 2018” üçüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənov sentyabrın 26-də Çinin hərbi sənaye kompleksinə daxil olan “Poly Technologies” korporasiyasının vitse-prezidenti Liu Jianminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə regional təhlükəsizlik və Azərbaycan ilə Çin arasında hərbi sahədə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi