Yuxarı

Zakir Həsənov BMT Baş katibinin köməkçisi ilə regiondakı hərbi-siyasi vəziyyəti müzakirə edib

Zakir Həsənov BMT Baş katibinin köməkçisi ilə regiondakı hərbi-siyasi vəziyyəti müzakirə edib

Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyev ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 

Görüşdə regiondakı hərbi-siyasi vəziyyət barədə fikir mübadiləsi aparılıb, Azərbaycanın BMT çərçivəsində fəaliyyəti, həmçinin sülhməramlılarımızın müxtəlif missiyalarda iştirakı, o cümlədən beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsinə verdiyi töhfə yüksək qiymətləndirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi